İtaliya A Seriyası: Lider xal itirib AZƏRTAC

29.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

İtaliya A Seriyasında XVIII tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Parma” “Montsa”ya , “Cenoa” “Empoli”yə 2:1 hesabı ilə qalib gəlib. “İnter” isə səfərdə “Kalyari”ni üç cavabsız topla məğlub edib. “Latsio” turnir cədvəlinin lideri “Atalanta” ilə heç-heçə edib - 1:1.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Atalanta” turnir cədvəlinə başçılıq edir. “İnter” isə 40 xalla 2-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью