İtaliya A Seriyası: Napoli geridönüşlə qalib gəldi

05.10.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasının 6-cı turu çərçivəsində keçirilən "Napoli" - "Cenoa" matçına yekun vurulub.

Oxu.Az xəbər verir ki, Dieqo Armando Maradona stadionundakı qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Qarşılaşmada ilk qolu 34-cü dəqiqədə qonaq hücumçu Ceff Ekator vurub. "Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa 57-ci dəqiqədə hesabı bərabərləşdirib. 75-ci dəqiqədə hücumçu Rasmus Hoylund İtaliyanın hazırkı çempionunu hesabda önə keçirib - 2:1.

Beləliklə də, "Napoli" cari mövsümdə 15-ci xalını qazanıb. İtaliya çempionatının turnir cədvəlinə də məhz Neapol komandası başçılıq edir. Genuya klubunun 2 xalı var və cədvəldə 19-cu yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью