İtaliya A Seriyası: “Napoli” liderliyi əldən verdi VİDEO

09.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İtaliya A Seriyasında XI turun mərkəzi qarşılaşmasında “Napoli” səfərdə “Bolonya”ya uduzub.

İdman.Biz xəbər verir ki, oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bu nəticədən sonra “Napoli” xal itkisi yaşayaraq turnir cədvəlində 2-ci pilləyə geriləyib. Eyni xala malik olan “Milan” isə top fərqinin daha yaxşı olması sayəsində zirvəyə yüksəlib.

Yekun hesab:
“Bolonya” 2 – 0 “Napoli”

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью