İtaliya A Seriyası: Napoli Monza nı məğlub edərək İnter lə xallarını bərabərləşdirdi

19.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasının 33-cü turunda çempionluğa namizəd olan "Napoli" "Monza"nın qonağı olub.

Oxu.Az xəbər verir ki, qonaqlar minimal hesabla qələbə qazanıblar - 0:1.

Matçın yeganə qolunu 72-ci dəqiqədə "Napoli"nin yarımmüdafiəçisi Skott MakTominey vurub.

"Napoli" 71 xal toplayaraq lider "İnter"lə xalların sayını bərabərləşdirib. "Monza" da öz növbəsində 15 xalla sonuncu, 20-ci yeri tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью