İtaliya A Seriyası: Qoca sinyora autsayderə yerini göstərdi

23.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İtaliya A Seriyasının 2024/2025 mövsümünün 17-ci turunun "Monza" - "Yuventus" qarşılaşması matç başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Monzadakı "U-Power" stadionunda baş tutub.

14-cü dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni hesabı açıb. "Monza"nın cavab qoluna 22-ci dəqiqədə müdafiəçi Samuele Birindelli imza atıb. Qonaqlara qələbə qazandıran qolu isə 39-cu dəqiqədə hücumçu Nikolas Qonzales vurub - 1:2.

17 oyundan sonra "Monza" 10 xalla A Seriyasının turnir cədvəlində sonuncu - 20-ci yerdədir. "Yuventus" eyni sayda oyundan sonra 31 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

İtaliya çempionatının turnir cədvəlinə 40 xalla "Atalanta" başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью