İtaliya A Seriyası: Roma Cenoa ya qalib gəldi

18.01.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasında 21-ci turunda "Roma" və "Cenoa" komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyun Romadakı "Olimpiko" stadionunda baş tutub və 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Hesabı 25-ci dəqiqədə "Roma"nın hücumçusu Artyom Dovbik açıb. 33-cü dəqiqədə "Cenoa"nın yarımmüdafiəçisi Patritsio Mazini tarazlığı bərpa edib. 60-cı dəqiqədə Stefan El Şaaravi "Roma"nı hesabda irəli çıxarıb. İkinci hissənin ortalarında qonaq komandanın qapıçısı Nikola Leali avtoqola imza atıb.

"Roma" İtaliya A Seriyasının turnir cədvəlində 21 oyundan sonra 27 xal toplayıb. "Cenoa" 21 oyunda 23 xal toplayıb və 11-ci yerdədir. Birinci yerdə 20 oyundan 47 xalı olan "Napoli" qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью