İtaliya A Seriyası: Roma və İnter qalibi müəyyənləşdirə bilmədilər

19.09.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya A Seriyasının 5-ci turunda "Roma" və "İnter" klubları arasında keçirilən matç başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, oyun Romadakı "Olimpiko" stadionunda keçirilib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu 6-cı dəqiqədə "Roma"nın yarımmüdafiəçisi Manu Kone vurub. 37-ci dəqiqədə Kone dubl edib. "İnter"in hücumçusu Lautaro Martines 46-cı dəqiqədə fərqi azaldıb. 79-cu dəqiqədə Lautaro Martines görüşdə ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

A Seriyasında beş turdan sonra "Roma" və "İnter" 13 xal toplayaraq 1-2-ci yerləri bölüşdürürlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью