Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. İtaliyanın A Seriyası təmsilçisi “Cenoa” aylarla davam edən qeyri-müəyyənlikdən s
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bəyanat yayıb.
Klub rumıniyalı iş adamının 77 faiz pay almaq üçün 40 milyon avro ödədikdən sonra səhmlərin əksəriyyətini əldə etdiyini açıqlayıb.
Funksioner həmçinin “Cenoa”nın kriket klubunu da alıb. D.Şuku Rumıniyanın “Rapid" (Buxarest) klubunun səhmlərinin 90 faizinə də sahibdir.
Ölkənin ən böyük mebel markalarından birinin qurucusu olan iş adamının daşınmaz əmlak sektorunda investisiyaları var.
Qeyd edək ki, “Cenoa” hazırda İtaliya A Seriyasında 14-cü pillədə qərarlaşıb.
Bizim Telegram kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.