İtaliya A Seriyasının yeni mövsümünün təqvimi açıqlandı

07.06.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya A Seriyasının qarşıdan gələn mövsümünün təqvimi açıqlanıb.

Oxu.Az xəbər verir ki, təqvim İtaliya çempionatının rəsmi saytında dərc edilib. Sənədə əsasən, 2025/2026 mövsümünün ilkin olaraq bazar günü, avqustun 24-də başlaması planlaşdırılır.

İlk turda ölkə çempionu "Napoli" B seriyasından gələn "Sassuolo" ilə, vitse-çempion "İnter" isə "Torino" ilə qarşılaşacaq.

Çempiontın son matçları isə 2026-cı il mayın 24-də bazar günü keçiriləcək və A Seriyası 38-ci turun oyunları ilə yekunlaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью