İtaliya Avropa çempionatının tələblərinə cavab vermir

12.05.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA-nın baş direktorunun müavini Corcio Marçetti İtaliyadakı stadionların vəziyyətini şərh edib.

QOL.az xəbər verir ki, İtaliya 2032-ci ildə Türkiyə ilə birgə Avropa çempionatına ev sahibliyi edəcək.

Marçetti isə ölkənin hələ buna hazır olmadığını deyib:

"Biz İtaliyanı diqqətlə izləyirik. İtaliya dünya futbolunda böyük ölkədir və bu gün belə infrastrukturu görmək açıq-aydın pisdir. Ümid edirik ki, İtaliya nəhayət stadionları müasir və komfortlu hala gətirəcək və nəyisə dəyişəcək. Avropa çempionatına hələ çox vaxt var. Hazırda isə İtaliyadakı stadionlar Avropa çempionatının tələblərinə cavab vermir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью