Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ADA Universiteti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində Heyvandarlıq üzrə ilk bakalavr proqramını təqdim edib.
SİA xəbər verir ki, bu münasibətlə fevralın 20-si İtaliyanın aparıcı aqrar şirkətlərinin nümayəndələrinin, bu sahədəki yerli və xarici ekspertlərin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə təqdimat keçirilib.
Tədbirdə çıxış edən ADA Universitetinin Prorektoru Elkin Nurməmmədov bildirib ki, kənd təsərrüfatının əsas sektorlarından biri olan Heyvandarlığın inkişafı bir neçə səbəbdən vacibdir.
Həmin səbəblər sırasında heyvandarlığın qida təhlükəsizliyinə, regionların sosial-iqtisadi artımına və ölkəmizin qeyri-neft sektorunun inkişafına təsirini qeyd etmək olar.
Əlavə edib ki, Azərbaycanın kənd təsərrüfatı strategiyası aqrar sahədə elmi yanaşmaların və innovasiyaların tətbiqini nəzərdə tutduğundan, ADA Universiteti bu işə fayda verə biləcək yerli kadrlar yetişdirməyi öz məqsədlərindən biri kimi müəyyənləşdirib.
"Bu proqramın mühüm xüsusiyyətlərindən biri, tələbələrin təhsil prosesinin bir hissəsini ADA Universitetinin Gəncə kampusunda davam etdirmələri olacaq.
Burada onlar öz sahələri üzrə praktiki biliklərini inkişaf etdirəcək və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində sahə təcrübəsi və təqaüd imkanları əldə edəcəklər.