İtaliya Azərbaycandan qaz idxalını artırıb Eurostat

05.01.2025

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

İtaliya Azərbaycandan təbii qaz idxalının həcmini xeyli artırıb.

Bu barədə Trend-ə Avropa İttifaqının statistik idarəsi – "Eurostat” məlumat verib.

2024-cü ilin oktyabr ayında İtaliya 879 milyon kubmetrdən çox Azərbaycan qazı idxal edib ki, bu da 2023-cü ilin oktyabr ayında idxal edilən 881,2 milyon kubmetrlə müqayisədə 0,25 faiz azdır. Bununla belə, bu həcm idxalın 743,8 milyon kubmetr təşkil etdiyi 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 18,2 faiz çoxdur.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan qaz idxalı 2023-cü ilin eyni dövrü üçün 7,7 milyard kubmetrlə müqayisədə 3,6 faiz artaraq 7,98 milyard kubmetrə çatıb.

Həcm artımına baxmayaraq, qaz idxalının qiyməti bazar qiymətlərinin dəyişməsi ilə əlaqədar azalma nümayiş etdirib. 2024-cü ilin oktyabrında qaz idxalının qiyməti 2023-cü ilin oktyabrında 364,2 milyon avrodan 2,4 faiz və 2024-cü ilin sentyabrında 318 milyon avro ilə müqayisədə 17,3 faiz çoxdur.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr ayları üçün Azərbaycandan qaz idxalının qiyməti 2,9 milyard avro təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 milyard avrodan 27,5 faiz azdır.

Azərbaycan 2020-ci il dekabrın 31-dən Xəzər regionundan qazı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracına başlayıb. 2022-ci ilin iyulunda Azərbaycan və Avropa İttifaqı, 2027-ci ilə qədər həcmi 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmağı planlaşdırıraq, bu dəhliz vasitəsilə qaz tədarükünü iki dəfə artırmaq barədə razılığa gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью