İtaliya bankından Rusiyaya sanksiya

23.12.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

İtaliyanın “Intesa Sanpaolo” bankı Rusiya banklarından avro ilə ödənişləri qəbul etməyi dayandırır.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, qərar 15 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.

Proses bankın Rusiyadakı filialından başlanır. Bu da ilk növbədə korporativ müştərilərinə mənfi təsir edəcək, eyni zamanda kommersiya ödənişləri məhdudlaşdırılacaq.

Qeyd edək ki,  “İntesa Sanpaolo”nun qərarı Avropa Mərkəzi Bankının təzyiqi ilə əlaqələndirilir ki, bu da maliyyə institutlarının sanksiyalara əməl etməsini tələb edir.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью