Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İtaliya hələ Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı mövqeyi barədə qərar verməyib”
“Brüsseldə yerləşən “Euroclear” maliyyə depozitariyasından dondurulmuş Rusiya aktivləri müsadirə olunarsa, Avropa İttifaqı digər ölkələrdə də eyni prosesi başlada bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İtaliya Baş naziri Giorgia Meloni deyib.
"Biz inanırıq ki, bu yanaşma dondurulmuş Rusiya suveren aktivlərinə sahib olan bir şirkətə, yəni “Euroclear”a yönəlmiş, digər tərəfdaş ölkələrin də maliyyə sistemlərində dondurulmuş aktivlərə sahib olduğu halda, qısamüddətli olardı", - deyə Meloni qeyd edib.
Baş nazirin sözlərinə görə, “İtaliya hələ Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı mövqeyi barədə qərar verməyib”.
O həmçinin bildirib ki, dondurulmuş vəsaitlərin Ukraynaya köçürülməsinin mümkün riskləri ilə bağlı "aydınlıq" tələb etmək niyyətindədir. Baş nazir əlavə edib ki, bu qərarı Avropa liderləri verməlidir.