İtaliya Can Yamanın səsini eşidə bilməyəcək: Pərəstişkarlar məyus oldu

25.02.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Türkiyəli aktyor Can Yamanın yeni serialı "El Turco" İtaliyada gözlənildiyi qədər böyük coşqu yaratmayıb. Səbəb isə İtaliyanın onun səsini eşidə bilməyəcək olmasıdır.

BAKU.WS xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.

İtalyan tamaşaçılar Can Yamanın İtalyanca dublajda öz səsini istifadə etməməsinə görə məyus olublar. Halbuki aktyorun italyan dilini yaxşı bilməsi onun pərəstişkarlarında öz səsi ilə çıxış edəcəyi gözləntisini yaratmışdı.

Qeyd edək ki, "El Turco" qlobal bazarı hədəflədiyi üçün ingilis dilində çəkilib. İtaliyanın məşhur Canale 5 telekanalı serialın yayım hüququnu əldə edib. Bu addıma rəqib kanal Rai 1 isə "Sandokan" serialını alaraq cavab verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью