Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sampdoriya" tarixində ilk dəfə olaraq 3-cü liqada çıxış edəcək.
QOL.az xəbər verir ki, cəmi 2 il əvvəl A seriyasında çıxış edən Genua təmsilçisi B Seriyasını 51 xalla 18-ci pillədə tamamlayaraq ikinci liqanı tərk edib.
Qeyd edək ki, "Sampdoriya" 1990/1991 mövsümündə İtaliya çempionu, 1984/1985, 1987/1988, 1988/1989, 1993/1994 mövsümlərində ölkə kubokunun, 1991-ci ildə ölkə Superkubokunun, 2007-ci ildə isə İntertoto kubokunun qalibi olub.