Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın "Milan" klubunun futbolçusu İsmael Bennaserin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Yaxın Şərqə üz tutub.
O, karyerasını Qətərdə davam etdirəcək. Bennaser sözügedən ölkənin Premyer Liqa klubu "Əl-Qarafa" ilə müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb. Ərəblər tanınan futbolçu ilə azad agent kimi anlaşdığını bildirsə də, müqavilənin əlavə təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, Bennaser 2022-ci ildə "Milan" ilə İtaliya çempionu olub. Ancaq beş illik karyerasının zirvəsini yaşayan futbolçu Stefano Piolinin İtaliya nəhəngindən ayrılmasından sonra eniş yaşamağa başladı. O, son illərdə əsasən digər klublara icarəyə verilib.
Mirağa