İtaliya çempionunda ciddi itkilər

19.10.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın son çempionu “Napoli”nin iki futbolçusu zədələnib.

Klubun mətbuat xidmətinin məlumata görə, Stanislav Lobotka və Matteo Politanonun tibbi müayinəsinin nəticələri məlum olub. Hər iki futbolçu zədə səbəbindən bu ay milli komandalarının oyunlarını buraxıblar. Lobotka Slovakiya, Politano İtaliya yığmasının üzvüdü.
A seriyasının “Cenoa” ilə oyununda (2:1) zədələnən futbolçuların “Torino” ilə matçda iştirakı sual altındadı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью