İtaliya danimarkalı islam düşmənini deport elədi

16.05.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

İtaliyaya gələn danimarkalı ifrat sağçı, islam dininin düşməni Rasmus Paludanı ölkədən qovulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliyanın ANSA Agentliyi məlumat yayıb.

Bildirilib ki, son illərdə Qurani-Kərim kitablaırnı ictimai yerlərdə yandırmaqla diqqəti özünə cəlb edən 43 yaşlı danimarkalı mayın 17-də Milanın şimalında avropalı radikalların "Geriyə köç" adlı tədbiri üçün İtalyaya gəlsə də, Malpensa hava limanında İtaliya polisi onun qarşısına sədd çəkib: "O, ictimai asayiş və təhlükəsizliyi səbəbiylə İtaliyaya buraxılmayıb və elə hava limanında barəsində deport qərarı verilib".

Hava limanının tabe olduğu Varese Əyalət Polis İdarəsi xəbəri təsdiqləyib.

Samir Musayev
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью