Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İtaliya çempionu “İnter” yoxlama oyununda “Yuventus”u məğlub edib.
Futbolpress.az xəbər verir ki, Avstraliyanın Pert şəhərində təşkil olunan mövsümöncəsi “İtaliya derbisi” “qara-göylər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı 20-ci dəqiqədə Federiko Dimarko açıb. 62-ci dəqiqədə isə Andi Diuf “İnter”in üstünlüyünü iki topa çatdırıb. “Qoca sinyora”nın təsəlli qoluna 85-ci dəqiqədə Fransişku Konseysao imza atıb.