İtaliya Fələstini tanımaq üçün hansı şərti irəli sürüb?

22.10.2025

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hurriyyet.az xəbər verir ki, İtaliyanın Baş naziri Corca Meloni ölkəsinin gələcək Qəzza administrasiyası üçün kadrlar yetişdirməyə davam edəcəyini, lakin Fələstin dövlətini yalnız HƏMAS-ın tərk-silah olmasından sonra tanıyacağını bəyan edib. Bu barədə məlumatı "La Repubblica" nəşri dərc edib.
Meloni bildirib: "İtaliya sabitlik üçün beynəlxalq missiyada iştirak etməyə və polis qüvvələrinin hazırlanmasında Fələstin administrasiyasını dəstəkləməyə hazırdır".
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın planına müvafiq olaraq, Fələstin dövlətinin tanınması yalnız HƏMAS təşkilatının Qəzzanın idarəsində iştirakdan imtina edəcəyi təqdirdə mümkündür.
Meloni həmçinin, İtaliyanın Qəzzanın infrastrukturunun bərpasına kömək etməyə  və Qahirədə keçiriləcək bərpa mövzulu konfransın təşkilatçılarından biri olmağa hazır olduğunu da bildirib.
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью