525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin hazırkı mərhələdə Avropa İttifaqının çoxillik büdcəsini dəstəkləməyəcəyini bəyan edib.
525.az xəbər verir ki, bu barədə Meloni Aİ büdcəsinin müzakirəsinə həsr olunmuş növbədənkənar sammit çərçivəsində jurnalistlərə deyib.
O, bu məsələ ilə bağlı razılığın əldə olunmasından hələ çox uzaq olduqlarını vurğulayıb:
“Biz razılaşmadan hələ çox uzağıq. Bu təklifə “yox” deyirik, çünki verdiyimizdən daha azını əldə edirik”, - Meloni bildirib.
Baş nazir konkret vaxt çərçivəsi müəyyən etmədiyini, lakin müəyyən şərtlərinin olduğunu qeyd edib və hazırda nikbin olmadığını vurğulayıb.
Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə planı ilə bağlı hələ də kompromis əldə edilməyib. Şimali Avropa ölkələri büdcənin azaldılmasında israr edir, Cənubi və Şərqi Avropa dövlətləri isə təklif olunan layihəni yetərsiz hesab edirlər. Bir sıra Şərqi Avropa ölkələri yeni vergilərin tətbiqinə də qarşı çıxıb.
Pərvanə Sultanova