İtaliya hərbçilərini İraqdan tam çıxardı

29.09.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İtaliya İraqdakı 12 illik hərbi mövcudluğuna son qoyaraq sonuncu hərbi qulluqçularının bu ölkədən çıxarılmasını başa çatdırıb.

"Bakupost" xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi bəyanat yayıb.

Rəsmi Roma kontingentinin əsas hissəsini hələ 2026-cı ilin martında Şimali İraq Kürd Muxtariyyətindəki hərbi bazaya edilən gecə aviazərbəsindən sonra geri çağırmışdı. Yerdə qalan qüvvələrin tam çıxarılması isə çərşənbə axşamı yekunlaşıb.

Qeyd edək ki, İtaliya hərbçiləri İŞİD terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi "Inherent Resolve" əməliyyatında, həmçinin İraq təhlükəsizlik qüvvələrinin təlimi və konsultasiyası ilə məşğul olan NATO missiyasında iştirak edirdilər. İtaliya və NATO bölmələri İraq hökuməti ilə qoşunların sentyabrın 30-dək ərazidən çıxarılması barədə razılığa gəlmişdilər.

Bununla belə, İtaliya ölkədəki iştirakını tamamilə dayandırmır. İki italiyalı karabiner (hərbi polis - red.) İraq hökumətinin razılığı ilə fəaliyyət göstərən Avropa İttifaqının "EUAM Iraq" missiyasının tərkibində işini davam etdirəcək. Bu missiya mülki təhlükəsizlik sektorunun islahatına dəstək verməklə məşğuldur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью