İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq

19.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

İtaliyanın müdafiə naziri Quido Krosetto ölkəsinin qarşıdakı illərdə hibrid təhdidlərlə mübarizəyə 6 milyard avrodan çox vəsait ayıracağını açıqlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, nazir parlamentdə çıxışı zaman İtaliyanın hibrid təhdidlərə qarşı mübarizə imkanlarını gücləndirmək məqsədilə 6 milyard avrodan çox vəsait xərcləməyi planlaşdırdığını bildirib.

2026–2028-ci illəri əhatə edən dövrdə bu istiqamətdə təxminən 2 milyard avro vəsaitin ayrılması nəzərdə tutulur. Bu isə əvvəlki üçillik dövrlə müqayisədə təxminən 40 faiz artım deməkdir.

Hibrid təhdidlərlə mübarizəyə yönəldilən xərclər 2019-cu ildəki 126 milyon avrodan 2025-ci ildə 557 milyon avroyadək yüksəlib.

Qlobal Döyüş Aviasiyası Proqramı (GCAP) çərçivəsində hazırlanan qırıcı təyyarə layihəsi ilə bağlı müvafiq texnologiyalara ayrılan vəsait də nəzərə alındıqda, ümumi məbləğ təxminən 7 milyard avroya çatır.

Son həftələrdə İtaliya və digər Avropa ölkələri supermarketləri, qan banklarını, hava hərəkətinin idarə edilməsi sistemlərini və media qurumlarını hədəf alan saxta məlumatlar əsasında verilən həyəcan siqnalları, eləcə də kiberhücumlarla üzləşiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью