Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Roma, 14 iyul, AZƏRTAC
Ticarət müharibəsi birlikdə üzləşdiyimiz qlobal problemlər qarşısında hamımızı zəiflədəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının yaydığı açıqlamada deyilir.
Bildirilir ki, İtaliya hökuməti Avropa Komissiyası və tarif danışıqlarında iştirak edən bütün maraqlı tərəflərlə sıx təmasdadır.
“Qərb daxilində ticarət müharibəsi birlikdə üzləşdiyimiz qlobal problemlər qarşısında hamımızı zəiflədəcək. Avropanın öz arqumentlərini irəli sürmək, ədalətli və məntiqli razılaşmanı təmin etmək üçün iqtisadi və maliyyə gücü var. İtaliya həmişə olduğu kimi üzərinə düşəni edəcək”, - deyə məlumatda qeyd olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma