Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İtaliya hökuməti miqrasiya böhranı səbəbindən İspaniya ilə sərhəddə müvəqqəti nəzarətin bərpasını nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə "Corriere della Sera" İtaliya Baş naziri Corcia Meloninin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İtaliya hökuməti İspaniyanın Seuta muxtar şəhərində yaranan miqrasiya böhranı ilə əlaqədar Şengen rejiminin İspaniya ilə sərhəddə fəaliyyətinin müvəqqəti dayandırılması imkanını nəzərdən keçirir.
"Qeyri-qanuni miqrasiya böhranı səbəbindən hökumət İspaniya ilə münasibətlərdə Şengen rejiminin tətbiqinin dayandırılması ehtimalını qiymətləndirir", – deyə məlumatda qeyd olunub.
Xədicə BAXIŞLI