İtaliya İsrailə görə bu şəhərə ordu yeridir

14.10.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək oyun zamanı iğtişaşların qarşısını almaq üçün ordu bölmələrini cəlb edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Minlərlə italiyalının İsrailin seçmə mərhələlərdə iştirakına etiraz etmək üçün şəhərə toplaşacağı gözlənilir. Potensial iğtişaşlardan qorxan İtaliya hakimiyyəti şəhərə ordu, polis qüvvələri yeritməklə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İtaliya-İsrail qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də Udine şəhərində baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью