Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Fənərbağça”nın hücumçusu Yussuf En Nesiri qışda klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, “Milan” və “Roma” mərakeşli futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Klublar oyunçunun durumunu yaxından izləyir.
En Nesiri bu mövsüm Super Liqada 14 oyunda 7 qol vurub.