İtaliya klubları Neymarla maraqlanır

15.10.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Santos”un futbolçusu Neymar karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, “İnter” və “Napoli” braziliyalı hücumçunun xidmətində maraqlıdır. Neymar özü də Avropaya qayıtmağa müsbət yanaşır.

Klublar qış transfer dönəmində oyunçu ilə danışıqlara başlayacaq.

Neymar 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək üçün daha səviyyəli klubda oynamaq niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью