İtaliya klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayıra bilər

15.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın "Bolonya" klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayıra bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Komandanın A Seriyasındakı uğursuz startından sonra klub rəhbərliyi 41 yaşlı mütəxəssisin gələcəyini müzakirə edir.

"Bolonya" 2026/2027 mövsümündə keçirdiyi 4 oyunda 3 məğlubiyyət və 1 heç-heçə edib. Komanda 1 xalla turnir cədvəlinin 16-cı pilləsindədir.

Qeyd edək ki, Tedesko "Sassuolo" ilə III tur matçında (2:2) hakimə qarşı qeyri-etik davranışına görə qırmızı vərəqə alıb. O, 2 oyunluq diskvalifikasiya və 5 min avro cərimə ilə üzləşə bilər.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью