Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Atalanta” hücumçusu Ademola Lukmanı satmaq niyyətində deyil.
İdmanxeber.az xəbər verir ki, klub transfer pəncərəsinin son günlərində “Bavariya”nın icarə və satınalma təklifini rədd edib. Nigeriyalı forvard artıq Çempionlar Liqasının iştirak ərizəsinə daxil edilib.
27 yaşlı Lukman ötən mövsüm 40 oyunda 20 qol və 7 asistlə çıxış edib. Onun müqaviləsi 2027-ci ilə qədərdir.