İtaliya klubu Beşiktaş ın futbolçusunu geri göndərə bilər

07.12.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Beşiktaş''da ulduzu parladıqdan sonra bu mövsümün əvvəlində İtaliyaya yollanan Semih Kılıçsoydan yeni xəbər var.
"Football-plus.az" xəbər verir ki, avqustda 1 milyon avro qarşılığında ''Kalyari'' tərəfindən birillik icarəyə götürülən 20 yaşlı vingerin İtaliya macərası erkən başa çata bilər. İtaliya mətbuatının yazdığına inansaq, Semih yeni klubunda özünü göstərə bilməyib və ''Kalyari'' onda narazıdı. Klub qış transfer dönəmində türkiyəli ilə müqaviləni ləğv etmək barədə ciddi şəkildə düşünür. Belə olacağı təqdirdə Kılıçsoy qışda ''Beşiktaş''a qayıtmalı olacaq. Onun ''ağ-qaralar''la 2028-ci ilə qədər müqaviləsi var.
Bu günlərdə ''Beşiktaş''a məxsus olan digər futbolçu Elan Rikardo haqda da buna bənzər xəbər gəlmişdi. Onun da icarə əsasında çıxış etdiyi ''Atletiko Paranaense''dən ayrılacağı və qışda Türkiyəyə dönəcəyi iddia edilmişdi. Semih hazırda meneceri ilə temasdadı və gələcəyi ilə bağlı qərar verməlidi.
''Beşiktaş''ın öz yetirməsi olan və bu klubda 85 rəsmi oyuna 16 qol vuran Kılıçsoy ''Kalyari''də 8 rəsmi matçda ümumilikdə cəmi 182 dəqiqə meydanda olub və aktivinə heç bir məhsuldar hərəkət yaza bilməyib. Onun indiki transfer dəyəri 12 milyon avro civarındadı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью