Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
İtaliya klubları transfer bazarında fəallığını davam etdirir. Paytaxt təmsilçisi “Roma” Sankt-Peterburq “Zenit”inin braziliyalı cinah hücumçusu Luis Enrike ilə danışıqlara başlayıb.
Futbolpress.az İtaliya mətbuatına xəbər verir ki, “canavarlar” 25 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürmək istəyirlər. Roma təmsilçisi bu keçid üçün 5 milyon avro icarə haqqı ödəməyə, razılıq əldə olunacağı təqdirdə isə gələcəkdə onu 30 milyon avro qarşılığında tam transfer etmək opsiyasına sahib olmağa çalışır.
Luis Enrike 2025-ci ilin yanvarında 33 milyon avro müqabilində “Botafoqo”dan “Zenit”ə keçmişdi. Sankt-Peterburq klubunun heyətində 54 qarşılaşmaya çıxan braziliyalı vinger 8 dəfə rəqib qapısına yol tapıb. Onun Rusiya təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.