sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Komo" hücumçu Liam Delap üçün "Çelsi"yə ilkin təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
İtalyanlar 23 yaşlı ingilisi əsas hədəflərindən biri hesab edirlər. "Komo"nun müdafiəçi Trevo Çalobanı transferindən sonra iki klub arasında yaxşı münasibət yararnıb ki, Delapın keçidinin də baş tutacağı gözlənilir.
Qeyd edək ki, hücumçunun "Çelsi" ilə hazırkı müqaviləsi 2031-ci ilə qədərdir. Ötən mövsüm hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. "Fulhem"in də Delapı transfer etməkdə maraqlı olduğu bildirilir.