İtaliya klubu Cengiz Ünderi istəyir

16.01.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

İtaliya "Torino"su Türkiyənin "Fənərbağça" klubunda çıxış edən futbolçu Cengiz Ünder üçün transfer təklifi göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə olunarsa, "Torino" 27 yaşlı futbolçunu satınalma maddəsi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Cengiz Ünder 2017 - 2022-ci illərdə digər İtaliya təmsilçisi "Roma"nın şərəfini qoruyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью