İtaliya klubu Fənərbağça nın qapıçısına elçi düşdü

13.05.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın "Fiorentina" klubu "Fənərbağça"nın xorvatiyalı qapıçısı Dominik Livakoviçi transfer etmək istəyir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümü uğurlu keçirib nəhəng klublardan dəvət alan David De Xea komandanı bu istəyə vadar edib.

İspaniyalının "Fiorentina"dan getmə ehtimalını nəzərə alan rəhbərlik Livakoviçi gətirmək üçün səfərbər olacaq.

Qeyd edək ki, Livakoviçin "Fənərbağça" ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Hüseyn
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью