İtaliya klubu “Fənərbağça”lıya “elçi düşdü”

25.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın "Komo" klubu "Fənərbağça"nın futbolçusu İsmail Yükseki transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

A Seriyası klubu yaxın zamanda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.

"Fənərbağça"nın yeni baş məşqçisi İsmail Kartal yarımmüdafiəçinin satılmasına razı deyil. Yüksek isə "Komo"da oynamağa müsbət yanaşır.

İsmail hazırda Türkiyə millisi ilə dünya çempionatındadır. Mundialdan sonra "Komo" ilə futbolçu arasında görüş planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью