İtaliya klubu Fənərbaxça ya təklif göndərdi

31.12.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Cenoa" icarə  əsasında "Jirona"da çıxış edən xorvatiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Genuyalılar Livakoviçi satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. "Cenoa" artıq bununla bağlı "Fənərbaxça"ya rəsmi təklif göndərib.

Qeyd edək ki, Dominik Livakoviç mövsümün əvvəlində "Jirona"ya icarəyə verilib. Xorvatiya millisinin üzvü olan 30 yaşlı qolkiper La Liqa təmsilçisinin heyətində 1 oyunda belə meydana çıxmayıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью