İtaliya klubu Müllerlə danışıq aparacaq

17.04.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bavariya”nın futbolçusu Tomas Müller karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Fiorentina” hücumçunun xidmətində maraqlıdır. İtaliya klubu 35 yaşlı hücumçuyla danışıqlara başlayacaq.

Tomas Müller bu mövsüm “Bavariya”nın heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью