İtaliya klubu Qalatasaray ın müdafiəçisini aparır

13.07.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasında iddialı komanda qurmağa çalışan "Komo" klubu müdafiə xəttini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Fanat.Az La Gazzetta dello Sport-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi təcrübəli mərkəz müdafiəçisi Davinson Sançeslə transfer danışıqlarına başlayıblar.

Təcrübəli müdafiəçi "Komo"nun təklifini qəbul edib. Klublar arasında görüşmə davam edir. İtaliya təmsilçisi 25 milyon avro təklif etsə də, "cimbom" transfer qapısını 35 milyondan açır.

Davinson bu mövsüm 45 matçda iştirak edib. O 10 sarı, bir qırmızı vərəqə alıb.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью