İtaliya klubu Qaviyə görə Barselona ilə danışıqlara başlayıb

05.11.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Napoli" "Barselona"nın yarımmüdafiəçisi Qavini heyətinə qatmaqda maraqlıdır və mümkün transferlə bağlı artıq danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. 

İtaliya klubu ispaniyalı futbolçunu qış "transfer pəncərəsi" dövründə komandaya cəlb etmək imkanlarını nəzərdən keçirir.

Heyətdəki bir sıra zədələrdən sonra "Napoli" yarımmüdafiə xəttini gücləndirməyə çalışır. Klub rəhbərliyi hesab edir ki, Qavi komandaya həm intensivlik, həm də texniki keyfiyyət qata bilər.

Mənbənin sözlərinə görə, "Barselona" 22 yaşlı futbolçunu təxminən 40 milyon avro qarşılığında satmağa razı ola bilər.

"Napoli"nin idman direktoru Covanni Manna futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq, onun İtaliyaya keçməkdə maraqlı olub-olmadığını öyrənib. Neapol təmsilçisi oyunçunu satınalma hüququ ilə icarəyə götürmək barədə danışıqlar aparmağa ümid edir.

Ötən yay "Mançester Yunayted" də Qavi ilə maraqlanmışdı, lakin yarımmüdafiəçi keçiddən imtina edərək "Barselona"da qalmağa qərar vermişdi.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 8 oyunda meydana çıxıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью