İtaliya klubu Real la danışıqlara başladı

04.08.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fiorentina" argentinalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Florensiya təmsilçisi Mastantuononu icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Real" Franko Mastantuononu 2025-ci ilin yayında "River Pleyt"dən 45 milyon avroya transfer edib. Argentina millisinin üzvü 18 yaşlı hücumameyilli yarımmüdafiəçi "kral klubu"nun heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью