İtaliya klubu Sevilya nın bombardirini transfer edib

12.07.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni mövsümdə İtaliya A Seriyasında mübarizə aparacaq "Venesiya" "Sevilya"nın hücumçusu Akor Adamsın transferini bitirib. Sport24.az xəbər verir ki, bu  barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin sözlərinə görə, müqavilənin dəyəri 16 milyon avro təşkil edir.

Qeyd edək ki, nigeriyalı forvard ötən mövsüm 33 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Adams mövsüm ərzində "Sevilya"nın ən çox qol vuran oyunçusu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью