İtaliya klubu türk forvardı istəyir

13.07.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbaxça"nın hücumçusu Cenk Tosun yenidən legioner həyatı yaşaya bilər. Sport24.az xəbər verir ki, 34 yaşlı forvard A seriyası təmsilçisi "Kremoneze"nin maraq dairəsindədir.

A seriyasına yeni yüksələn Kremone təmsilçisi türk futbolçu ilə ilkin razılıq əldə edib.

Tosunun "Fənərbaxça" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Cenk karyerası ərzində "Ayntraxt"(Frankfurt), "Qaziantepspor", "Beşiktaş", "Everton", "Kristal Pelas" klublarında oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью