İtaliya klubu Türkiyə millisinin üzvünü istəyir

24.01.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu İsmail Yüksek karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun “Kalyari”yə keçmək ehtimalı yüksəkdir. 

İstanbul təmsilçisinin yarımmüdafiəçisinin bu qış “transfer pəncərəsi” zamanı “Kalyari”yə keçidi gündəmdədir. İtalyanlar bu qış alınmasa, yayda onunla müqavilə imzalamağa çalışacaq. 

Yüksek 2020-ci il avqustun 19-da “Bursaspor”dan “Fənərbaxça”ya keçmişdi. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Balıkesirspor”, “Adana Demirspor” komandalarında da oynayıb.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью