İtaliya klubuna gərək olmadı

03.07.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Yan Zommer “İnter”i tərk edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun saytının məlumatına görə, 37 yaşlı isveçrəli qolkiperlə müddəti sona çatan müqavilə yenilənməyib. Zommer “İnter”də keçirdiyi 3 mövsüm ərzində bütün turnirlərdə 139 oyuna çıxıb, 120 qol buraxıb. O, 66 matçda isə qapısını toxunulmaz saxlayıb.
Təcrübəli qapıçı “İnter”ə 2023-cü ilin avqustunda transfer olunmuşdu. O, Milan klubu ilə iki dəfə İtaliya çempionluğunu, bir dəfə İtaliya kuboku və İtaliya superkubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью