Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın “Komo” klubu akademiyasında futbolçuların sağlamlığının qorunması məqsədilə yeni qaydalar tətbiq edib.
Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni qaydalara əsasən, 10 yaşdan kiçik uşaqlara həm məşqlərdə, həm də rəsmi oyunlarda başla oynamaq qadağan edilib. 11 yaşadək komandalarda isə həmin məhdudiyyət mövsümün böyük hissəsində qüvvədə olacaq. Yeniyetmələrə başla zərbə vurma texnikası yalnız daha yuxarı yaş qruplarında və xüsusi yüngülləşdirilmiş toplarla öyrədiləcək.
U-12 və U-13 yaş kateqoriyalarında başla zərbələrin sayına ciddi limit tətbiq olunacaq. Klub rəhbərliyi bu addımı gənc futbolçuların baş nahiyəsinə düşən artıq yükü azaltmaq və bu texniki elementi tədricən, yaşa uyğun şəkildə mənimsətmək istəyi ilə əsaslandırıb.