İtaliya klubunu tərk etdi

20.06.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Komo” aparıcı oyunçularından Serxi Robertonu itirib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu İtaliya klubundan ayrılıb. Tərəflər arasında müddəti iyunun sonunda başa çatacaq müqavilə yenilənməyib.
İspaniya yığmasının sabiq oyunçusu 2024-cü ilin yayında “Barselona”dan ayrıldıqdan sonra İtaliya klubuna transfer olunmuşdu. “Komo”da keçirdiyi iki mövsüm ərzində ümumilikdə 37 matçda meydana çıxan futbolçu 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Barselona”nın yetirməsi olan Serxi bu klubla 7 dəfə İspaniya çempionu, 6 dəfə ölkə kubokunun, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью