İtaliya klubunun azarkeşləri öz futbolçularını döydülər

08.04.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın "Latina" klubunun argentinalı müdafiəçisi Tamir Berman azarkeşlərin təcavüzünün qurbanı olub.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Şənbə günü, aprelin 5-də "Latina" C Seriyası matçında evdə "Trapani"yə 0:2 hesabı ilə uduzub. Matçdan sonra Berman şəxsi avtomobili ilə stadiondan evə qayıdıb. 24 yaşlı argentinalı maşını arxadan gələn başqa bir avtomobil tərəfindən sıxışdırıldığı üçün dayanmaq məcburiyyətində qalıb. Oradan bir qrup üzü örtülü şəxs çıxıb və Bermanın maşınının şüşəsini sındırıblar. Cinayətkarlardan biri futbolçunun üzünə yumruq vurub.

Bundan sonra Berman stadiona qayıdıb. Klub həkimləri ona tibbi yardım göstəriblər.

"Latina" oyunçusuna edilən hücumu şiddətlə qınayan bəyanat yayıb.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью