İtaliya klubunun futbolçusu Barselonaya keçə bilər

09.04.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Barselona" klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirə bilər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar "Fiorentina"nın (İtaliya) braziliyalı müdafiəçisi Dodonu sıralarına cəlb etməyi düşünür.

La Liqa təmsilçisinin idman direktoru Deku artıq 26 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Mənbə bildirir ki, Dodo özü də "Barselona"ya keçmək fikrinə müsbət yanaşır.

Qeyd edək ki, Dodo 3 il əvvəl Ukraynanın "Şaxtyor" kollektivindən 15 milyon avro qarşılığında "Fiorentina"ya keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью